İdman.bizin kamerasına ağlayan qıza “Qarabağ”dan sürpriz dəvət - FOTO - VİDEO

Xəbərlər
22 İyul 2024 11:19
1 887
İdman.bizin kamerasına ağlayan qıza “Qarabağ”dan sürpriz dəvət - FOTO - VİDEO

"Qarabağ" azarkeşi Mədinə Fərzəliyevanı sürprizlə sevindirib.

İdman.biz xəbər verir ki, Azərbaycan çempionu kiçikyaşlı fanatı ilə klubun bazasında görüş təşkil edib.

Mədinəyə doğum günündə komandadakı sevimli futbolçusu Olavio Juninyo ilə görüşmək nəsib olub. Braziliyalı hücumçu fanatına imzalı forma bağışlayıb.

Bazada ötən ilin bombardiri ilə yanaşı, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və digər oyunçuları da Mədinə ilə səmimi söhbət edib, xatirə şəkilləri çəkdiriblər.

"Qarabağ"ın belə bir addım atmasına İdman.bizin Mədinə ilə bağlı süjeti səbəb olub. Klubun təşkil etdiyi imza mərasimindən sonra Juninyoun formasını ala bilməyən balaca azarkeş ağlayaraq məyusluğunu bizimlə bölüşmüşdü. Bu isə sosial şəbəkələrdə böyük əks-səda doğurmuşdu.

Aytac Sahəd
İdman.biz