“Turan Tovuz”dan ikinci bərabərlik

Xəbərlər
22 İyul 2024 14:13
281
“Turan Tovuz”dan ikinci bərabərlik

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Turan Tovuz” ikinci yoxlama görüşünü keçirib.

İdman.biz xəbər verir ki, Kurban Berdıyevin komandası yerli “Adana Dəmirspor”la qarşılaşıb.

Super Liqa klubu ilə matç 3:3 hesablı bərabərliklə başa çatıb. Tovuzluların heyətində Veysəl Rzayev və Aleks Souza fərqləniblər. Digər qolu isə türklər öz qapılarından keçiriblər.

Qeyd edək ki, tovuzlular ilk yoxlama matçında Türkiyə I Liqa təmsilçisi “Pendikspor”la qolsuz heç-heçə oynayıb.

İdman.biz

Məqalədə: