“Turan Tovuz” “Traktorsazi”nin futbolçusunu transfer edib

Xəbərlər
22 İyul 2024 16:00
175
“Turan Tovuz” “Traktorsazi”nin futbolçusunu transfer edib

“Turan Tovuz” yeni futbolçu ilə güclənib.

Klubdan İdman.bizə verilən məlumata görə, bölgə təmsilçisi Araş Qadiri ilə danışıqları müsbət yekunlaşdırıb.

26 yaşlı müdafiəçi ilə 2+1 illik müqavilə bağlanıb. İranlı futbolçu son olaraq “Traktorsazi”nin şərəfini qoruyub. O, daha əvvəl İranda “Aliminium” və “Peykan” klublarının formasını geyinib.

İdman.biz

Məqalədə: