“Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olan “Makkabi” (Hayfa) Aleksandr Kaşuku heyətinə qatmaq istəyir.
İdman.biz xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb.
2022-23 mövsümündə Bakı təmsilçisinin formasını geyinən ukraynalı futbolçu ilə ilkin danışıqlara start verilib. Kaşukun yaxın günlərdə İsrail təmsilçisinə keçəcəyi də bildirilir.
Qeyd edək ki, Kaşuk “Sabah”la 39 oyunda 18 qol, 12 assistlə yadda qalıb.
İdman.biz