"Kəpəz" Azərbaycan Premyer Liqasına hazırlıq çərçivəsində növbəti yoxlama oyununda qüvvəsini sınayıb.
İdman.biz xəbər verir ki, komanda ölkəmizdə təlim-məşq toplanışında olan "Əl-Yarmuk"la (Küveyt) qarşılaşıb.
Qəbələdə keçirilən oyunda Adil Şükürovun komandası 2:1 hesabı ilə qalib gəlib. "Kəpəz"in qollarını Lassana Ndiaye və Kərim Lkoça vurub.
Qeyd edək ki, Gəncə klubu çempionatın ilk oyununda "Sumqayıt"ın qonağı olacaq. Matç avqustun 3-də keçiriləcək.
İdman.biz