19 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatının qrup mərhələsinə yekun vurulub.
İdman.biz xəbər verir ki, İtaliya və Fransa yığmaları qrup lideri kimi yarımfinala yüksəliblər.
A qrupunda italiyalılarla bərabər Ukrayna, B qrupunda isə Fransa pley-offa vəsiqə qazanıb. Qruplarda 3-cü yeri tutan komandalar isə 5-ci yer uğrunda yarışacaqlar.
Yarımfinalçılarla bərabər 5-ci yeri tutan yığma 20 yaşadək futbolçular arasında təşkil olunacaq DÇ-2025-də oynamaq hüququ qazanacaq.
Avropa çempionatı U-19, yarımfinal
25 iyul
Yarımfinal
İtaliya - İspaniya
Fransa - Ukrayna
5-ci yer uğrunda
Norveç - Türkiyə
Qeyd edək ki, Avropa çempionatına Şimali İrlandiya evsahibliyi edir.
İdman.biz