Qriqorçukdan Bauerin transferinə münasibət

Xəbərlər
23 İyul 2024 00:34
160
Qriqorçukdan Bauerin transferinə münasibət

"Çox şadam ki, heyətimizi Robert Bauerlə gücləndirdik".

İdman.biz xəbər verir ki, bunu "Neftçi”nin baş məşqçisi Roman Qriqorçuk klubun rəsmi saytına açıqlamasında deyib.

Ukraynalı mütəxəssis almaniyalı müdafiəçinin transfer olunmasına münasibət bildirib. Qriqorçuk Bauerin komandanın oyun üslubuna uyğun olduğunu vurğulayıb: “Bu təcrübəli futbolçu göstəricilərinə və keyfiyyətinə görə bizim oyun üslubumuza uyğun gəlir. İnanıram ki, “Neftçi”nin yüksək hədəflərə çatması üçün onun çox köməyi dəyəcək”.

Qeyd edək ki, "Neftçi" Robert Bauerlə 3 illik müqavilə bağlayıb.

İdman.biz