“Qarabağ” səfərdə "Linkoln"a qalib gəlib - VİDEO

Xəbərlər
23 İyul 2024 21:53
685
“Qarabağ” səfərdə "Linkoln"a qalib gəlib - VİDEO

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda mübarizəyə başlayıb.

İdman.biz xəbər verir ki, Çempionlar Liqasına II təsnifat mərhələsindən start verəcək Ağdam klubu ilk oyununu bu gün keçirib.

Qurban Qurbanovun yetirmələri “Linkoln”la üz-üzə gəlib. İlk qarşılaşma Cəbəllütariqdə baş tutub və "Qarabağ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Çempionumuz hər hissədə bir qol vurub. Olaviyo Juninyo və Toral Bayramov fərqləniblər.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da Bakıda baş tutacaq.

Çempionlar Liqası
II təsnifat mərhələsi
23 iyul
20:00. “Linkoln” (Cəbəllütariq) – “Qarabağ” (Azərbaycan) - 0:2
Qol:
Olaviyo Juninyo, 45+2. Toral Bayramov, 75

Baş hakim: İstvan Vad (Macarıstan)
"Linkoln": 1. Santana, 6. Bernardo Lopes (k), 24. Serqeant, 21. Nano, 15. Munyos, 20. Britto, 10. De Barr, 23. Co, 22. Torriya, 11. Valarino, 18. Toni
Baş məşqçi: Xavyer Munyos
"Qarabağ": 97. Fabiyan Buntiç, 27. Toral Bayramov, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 29. Marko Veşoviç, 8. Marko Yanukoviç, 6. Julio Romao, 7. Yassin Benzia, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olaviyo Juninyo
Baş məşqçi: Qurban Qurbanov
“Europa Point” stadionu

İdman.biz

Məqalədə: