Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib.
İdman.biz xəbər verir ki, ilk oyunlar çərçivəsində 11 matç baş tutub.
Qarşılaşmalar məhsuldar keçib. “Qarabağ” Cəbəllütariqdə “Linkoln”a 2:0 hesabı ilə qalib gəlib. Türkiyə “Fənərbaxça”sı Luqanoda eyniadlı klubla görüşüb. 7 qolun vurulduğu matç 4:3 hesabı ilə türklərin xeyrinə başa çatıb. Edin Dzeko het-trik edib.
Kiyev "Dinamo"su ilə "Partizan"ın qarşılaşmasında isə komandalar 8 dəfə fərqləniblər. Kiyevlilər 6:2 hesabı ilə qalib gələrək, mərhələ adlamaq üçün yaxşı şans əldə ediblər.
Qeyd edək ki, ilk oyunlara iyulun 24-də keçiriləcək "Lüdoqorets" – "Dinamo" Mn, PAOK – "Borats" və "Selye" – "Slovan" görüşləri ilə yekun vurulacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyunlar
23 iyul
19:00. "Bodo Qlimt" – RFŞ - 4:0
19:30. "Panevejis" – "Yagellonya" - 0:4
20:00. "Linkoln" – "Qarabağ" - 0:2
21:00. APOEL – "Petrokub" - 1:0
21:00. "Malmö" – "Klaksvik" - 4:1
21:30. "Styaua" – "Makkabi" T-Ə - 1:1
22:00. "Ferentsvaroş" – TNS - 5:0
22:00. "Santa Koloma" – "Midtulland" - 0:3
22:00. "Dinamo" K - "Partizan" - 6:2
22:30. "Luqano" - "Fənərbaxça" - 3:4
23:00. "Şemrok Rovers" – "Sparta" - 0:2
İdman.biz