Adil Şükürov: “Onları bir daha bəyəndik”

Xəbərlər
23 İyul 2024 16:05
139
Adil Şükürov: “Onları bir daha bəyəndik”

"Hazırlıq dövrü olduğu üçün futbolçularda fiziki yüklənmə var. Bu, oyunda da görünürdü”.

İdman.biz xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

O, Küveytin "Əl-Yarmuk" (2:1) klubu ilə yoxlama matçını şərh edib. Şükürov bildirib ki, yeni futbolçular özlərini yaxşı tərəfdən göstəriblər: “Əsas hədəfimiz çempionata yaxşı hazırlaşmaqdır. Bu yöndə məşqlərimiz davam edir. Çempionatın startına kimi komanda 70-80 faiz hazır olacaq. Yeni gələn oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Onları bir daha bəyəndik. Bu tempdə davam etsələr, inanıram ki, komandaya çox böyük faydaları dəyəcək".

Qeyd edək ki, avqustun 3-də “Kəpəz” səfərdə “Sumqayıt”ın qonağı olacaq.

İdman.biz