“Sabah”la oyun öncəsi “Makkabi”də itkilər

Xəbərlər
23 İyul 2024 16:21
171
“Sabah”la oyun öncəsi “Makkabi”də itkilər

“Sabah”ın Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi olan “Makkabi” (Hayfa) itki ilə üzləşib.

İdman.biz xəbər verir ki, israillilər Bakı təmsilçisi ilə matçda Erik Şuranov və Maor Kandilin xidmətindən yararlana bilməyəcəklər.

Almaniyalı 22 yaşlı hücumçu Erik zədədən yeni sağalsa da, məşqlərdə yenidən sıradan çıxıb. 30 yaşlı israilli yarımmüdafiəçi Maor isə “Hapoel Bee Şeva”ya qarşı kubok matçında zədələnib. Hər 2 futbolçu oyunun baş tutacağı Macarıstana aparılmayıb.

Qeyd edək ki, "Makkabi" ilk oyun iyulun 25-də Kişvardada olacaq. Cavab matçı isə ayın 31-də Bakıda olacaq.

İdman.biz

Məqalədə: