“Sumqayıt”ın rəqibi millinin futbolçusu ilə güclənib

Xəbərlər
23 İyul 2024 16:41
122
“Sumqayıt”ın rəqibi millinin futbolçusu ilə güclənib

“Sumqayıt”ın Konfrans Liqasının II təsnifat mərhələsində rəqibi “Fehervar” heyətini gücləndirməkdə davam edir.

İdman.biz xəbər verir ki, Macarıstan təmsilçisi 21 yaşlı yarımmüdafiəçi Georgi Omingeri rənglərinə bağlayıb.

O, “Puşkaş Akdemiya”dan icarə əsasında “Fehervar”a keçib. Georgi Macarıstanın U-21 millisinin də formasını geyinir.

Qeyd edək ki, "Sumqayıt" "Fehervar"la ilk matçını iyulun 25-də evdə keçirəcək. Komandalar arasında cavab qarşılaşması isə ayın 31-də Macarıstanda baş tutacaq.

İdman.biz