“Şamaxı” təlim-məşq toplanışı çərçivəsində üçüncü yoxlama oyununu keçirib.
İdman.biz xəbər verir ki, komanda II Liqa təmsilçisi “Cəbrayıl”la qarşılaşıb.
Oyun Şamaxı klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ayxan Abbasovun komandasının heyətində yeni transfer Conatan Benteke dublla yadda qalıb. Digər qolları Elşad Tağıyev və Adil Nağıyev vurublar.
Qeyd edək ki, "Şamaxı" bundan əvvəl "Kəpəz" (2:1) və "Pelikan"la (5:0) keçirdiyi yoxlama görüşlərində də qələbə qazanıb.
İdman.biz