"Real" illik 1 milyard gəlir əldə edən ilk klub olub.
İdman.biz xəbər verir ki, bu barədə Madrid klubunun maliyyə hesabatı zamanı məlumat verilib.
2023/2024 mövsümünün yekunlarına görə, 1 il əvvələ nisbətən gəlirlər 27 faiz artaraq, 1 milyard 73 milyon olub. Bu hesabata futbolçu transferləri daxil deyil. "Real"ın xalis gəliri isə 16 milyon avro təşkil edib.
Qeyd edək ki, Madrid klubunun kapital dəyəri 574,1 milyon avroya yüksəlib.
İdman.biz