"Fehervar" Bakıya gecikir

Xəbərlər
24 İyul 2024 13:50
347
"Fehervar" Bakıya gecikir

Konfrans Liqasının II təsnifat mərhələsinin “Sumqayıt” – “Fehervar” oyunundan əvvəl baş tutmalı olan tədbirlərin siyahısında dəyişiklik olub.

İdman.biz xəbər verir ki, bunu Sumqayıtın eyniadlı təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Macarıstan təmsilçisinin bu günə nəzərdə tutulan oyunöncəsi mətbuat konfransı və açıq məşqi ləğv olunub. Buna səbəb "Fehervar"ın Bakıya uçuşunun gecikməsidir.

Qeyd edək ki, "Sumqayıt"ın baş məşqçisinin mətbuat konfransı və oyunöncəsi məşqi öncədən planlaşdırıldığı vaxtda baş tutacaq.

İdman.biz