“Fehervar”ın baş məşqçisi: “Sumqayıt”la rəqabət apara bilərik”

Xəbərlər
24 İyul 2024 14:28
156
“Fehervar”ın baş məşqçisi: “Sumqayıt”la rəqabət apara bilərik”

“Bu mövsüm çoxlu gənc oyunçularımız olacaq və hər gün çalışırıq ki, onlar istedadlarını göstərə bilsinlər”.

İdman.biz xəbər verir ki, bunu “Fehervar”ın baş məşqçisi Tamaş Peto deyib.

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Sumqayıt"la oynayacaq Macarıstan təmsilçisinin çalışdırısı qarşılaşma öncəsi fikirlərini açıqlayıb. O bildirib ki, yeni mövsüm komandanı formalaşdırıblar və hər 2 cəbhədə uğurlu olmağa çalışacaqlar: “Keyfiyyəti xeyli yüksəltmişik və heyət daha yüksək hədəflərə çatmağa qadirdir. Bizi 10 gün ərzində 4 oyundan ibarət uzun və çətin seriya gözləyir. Birincisi Azərbaycanda olacaq. “Sumqayıt” fiziki cəhətdən güclü komandadır, lakin onlarla rəqabət apara bilərik. 90 dəqiqə barışmaz mübarizə görmək istəyirik”.

Qeyd edək ki, “Sumqayıt” - “Fehervar” görüşü sabah saat 20:00-da start götürəcək.

İdman.biz