"Çelsi"nin qapıçısı Kepa Arrisabalaqa ABŞ turnesinə yollanmayıb.
İdman.biz xəbər verir ki, o, London klubunu tərk etməyi düşünür.
Komanda rəhbərliyi ona fərdi məşqlər etməyə icazə verib. Kepa son mövsümü icarə əsasında "Real"da keçirib. Arrisabalaqa yenidən Madrid klubuna dönmək arzusundadır. Andrey Lunin komandanı tərk edəcəyi təqdirdə madridlilərin ispaniyalı qapıçı ilə güclənmək ehtimalı var.
Qeyd edək ki, Kepa ötən mövsümdə "Real"ın heyətində 20 oyunda forma geyinib.
İdman.biz