"Rəqibin necə oynaması bizə maraqlı deyil".
İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın futbolçusu Elvin Bədəlov deyib.
29 yaşlı müdafiəçi Konfrans Liqasının II təsnifat mərhələsinin "Fehevar"la ilk oyununda uğurlu nəticə ilə azarkeşləri sevindirməyə çalışacaqlarını deyib: "Azarkeşləri stadiona səsləyirəm. Sabah "Fehervar"la oyunda qələbə qazanıb onları sevindirmək istəyirik. Rəqibin daha güclü olduğunu düşünmürük. Məqsədimiz ilk görüşdə sərfəli nəticə qazanmaqdır. İsa Suliman zədəlidir. Müdafiənin mərkəzində Murad Xaçayevlə bir-birimizi yaxşı başa düşürük".
Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında ilk matç sabah Sumqayıtda keçiriləcək.
İdman.biz