"Neftçi"nin son rəqibi Səudiyyə Ərəbistanı klubu olacaq

Xəbərlər
24 İyul 2024 23:19
251
"Neftçi"nin son rəqibi Səudiyyə Ərəbistanı klubu olacaq

Türkiyənin Ərzurum bölgəsində təlim-məşq toplanışı keçən “Neftçi”nin yoxlama oyununda son rəqibi məlum olub.

İdman.biz xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidmətindən məlumat verilib.

Roman Qriqorçukun komandası Səudiyyə Ərəbistanı Pro Liqası təmsilçisi “Əl-Oruba”ya qarşılaşacaq. Oyun sabah “Palandöken Yüksek İrtifa Camp Facilities”də saat 18:00-da start götürəcək.

Bu gün "Neftçi" Türkiyədə son məşqini keçib. Komanda yoxlama oyunundan sonra Bakıya dönəcək.

Qeyd edək ki, “ağ-qaralar” hazırlıq çərçivəsində “Alanyaspor” (3:1), “Sivasspor”a (2:1) və “Erzurumspor” (0:0) klubları ilə qüvvəsini sınayıb.

İdman.biz