Krunoslav Renduliç: "Bizim şansımız var"

Xəbərlər
24 İyul 2024 23:34
260
Krunoslav Renduliç: "Bizim şansımız var"

"Nəhayət, yenidən oyunlara başlayacağımız üçün xoşbəxtik".

İdman.biz xəbər verir ki, bunu "Makkabi" (Hayfa) ilə oyundan əvvəl "Sabah"ın baş məşqçisi Krunoslav Renduliç deyib.

Xorvatiyalı mütəxəssis Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçının əhəmiyyətli olduğunu bildirib: "Oyunlara başlamağın verdiyi xoşbəxtlikdən əlavə, avrokuboklarda çıxış edəcəyimizə görə də sevincliyəm. Düşünürəm ki, son mövsümdə çox yaxşı çıxış etdik və mövsümü yaxşı nəticə ilə başa vurduq. Sabah bizi vacib oyun gözləyir. Biz tarixi titullarla zəngin olan kluba qarşı oynayacağıq. Son mövsümdə onlar avrokuboklarda yaxşı çıxış ediblər və bu oyunun favoritidilər. Amma bizim şansımız var. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq. Düşünürəm ki, bu iki oyunun nəticəsinə əsasən biz mərhələni keçə bilərik".

Qeyd edək ki, "Makkabi" - "Sabah" qarşılaşması sabah Macarıstanda keçiriləcək. Oyun 21:15-də start götürəcək.

İdman.biz