“Sumqayıt” hesabı açsa da... - VİDEO

Xəbərlər
25 İyul 2024 21:51
268
“Sumqayıt” hesabı açsa da... - VİDEO

Bu gün Konfrans Liqasında mübarizə aparan “Sumqayıt” ilk oyununa çıxıb.

İdman.biz xəbər verir ki, Samir Abasovun yetirmələri II təsnifat mərhələsinə doğma divarlar arasında başlayıb.

Sumqayıtlılar Macarıstan “Fehervar”ını qəbul edib. Oyuna yaxşı başlayan Samir Abasovun yetirmələri 20-ci dəqiqədə hesabı açıblar. Səbuhi Abdullazadə fərqlənib. Amma 11 dəqiqə sonra "Sumaqyıt"ın müdafiəçisi Murad Xaçayev qırmızı vərəq alması planları alt-üst edib. "Fehervar" 2 qol vuaraq, cavab matçı ərəfəsində böyük üstünlük qazanıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 31-də keçiriləcək.

Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun
25 iyul
20:00. “Sumqayıt” - “Fehervar” (Macarıstan) - 1:2
Qollar:
Səbuhi Abdullazadə, 20 - Tobias Kristensen, 39. Csaba Spandler, 52
Qırmızı vərəqə: Murad Xaçayev, 31
Baş hakim: Florian Lata (Albaniya)
"Sumqayıt": 1. Mehdi Cənətov, 7. Rövlan Muradov, 14. Elvin Bədəlov (k), 17. Murad Xaçayev, 3. Slavişa Radoviç, 19. Roy Kehat, 8. Səbuhi Abdullazadə, 11. Fernando Medeyros, 23. Cordan Rezabala, 9. Nikola Vuynoviç, 10. Rəhim Sadıxov
Baş məşqçi: Samir Abasov
"Fehervar": 22. Balaş Töth, 7. Szaboç Şön, 4. Csaba Spandler, 31. Nikola Serafimov, 8. Boqdan Melnik, 99. Milan Petö, 27. Bence Bedi, 14. Aron Sonqvai (k), 20. Tobias Kristensen, 77. Katona, 9. Nejc Qradisar
Baş məşqçi: Tomas Pete
Mehdi Hüseynzadə adına şəhər stadionu

İdman.biz