Azərbaycan Premyer Liqasının vitse-çempionu “Zirə” növbəti avrokubok oyununu keçirib.
İdman.biz xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçına çıxıb.
Avropa Liqası ilə erkən vidalaşan Bakı klubu qitənin üçüncü dərəcəli klub turnirinə ev görüşü ilə başlayıb. Təmsilçimiz Slovakiyanın “Dunayska Streda” klubunu darmadağın edib. Hər hissədə 2 qol vuran "Zirə" növbəti mərhələyə yüksəlmək üçün yaxşı imkan əldə edib.
Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 1-də baş tutacaq.
Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun
25 iyul
20:30. “Zirə” – “Dunayska Streda” (Slovakiya) - 4:0
Qollar: Rafael Utziq, 29. Junior Martins, 31. Davit Volkov, 51; 53
Baş hakim: İvo Torres (Lüksemburq)
"Zirə": 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 3. Anje Mutsizni, 4. Ruan Renato, 18. Junior Martins, 15. Pyer Zebli, 29. Ceyhun Nuriyev, 8. İsmail İbrahimli, 70. İssa Cibrilla, 90. Davit Volkov, 23. Rafael Utziq
Baş məşqçi: Rəşad Sadıqov
"Dunayska Streda": 41. Aleksandar Popoviç, 21. Mark Ksinger, 33. Taras Kaçaraba, 16. Mateus Brunetti, 18. Aleks Mendes, 27. Milan Vitalis, 8. Milan Dimun, 10. Ammar Ramadan, 17. Yhoan Andzuana (k), 23. Damir Redziç, 46. Matey Trusa
Baş məşqçi: Xisko Munyoz
Dalğa Arena
İdman.biz