“Sabah”dan "Makkabi"nin qapısına 3 cavabsız qol - VİDEO

Xəbərlər
25 İyul 2024 23:12
279
“Sabah”dan "Makkabi"nin qapısına 3 cavabsız qol - VİDEO

Azərbaycan Premyer Liqasının bürünc mükafatçısı “Sabah” avrokuboklarda mübarizəyə başlayıb.

İdman.biz xəbər verir ki, Konfrans Liqasında qüvvəsini sınayan Bakı klubu II təsnifat mərhələsinin ilk matçına çıxıb.

Krunoslav Renduliçin yetirmələri Hayfa “Makkabi”sinin qonağı olublar. İsrail klubu ilə səfər görüşü Macarıstanda keçirilib. İlk hissədə qapılara qol vurulmasa da, fasilədən sonra "Sabah" rəqibi 3 dəfə məyus edib. Bu qələbə təmsilçimizi növbəti mərhələyə bir adaım yaxınlaşdırıb.

Qeyd edək ki, komandalar arasında Bakıda keçiriləcək cavab oyunu avqustun 1-də baş tutacaq.

Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyun
25 iyul
21:15. “Makkabi” (Hayfa, İsrail) - “Sabah” - 0:3
Qollar:
Pavol Şafranko, 61. Cesse Sekidika, 78. Xəyal Əliyev, 88
Baş hakim: Natan Verbumen (Belçika)
"Makkabi": 40. Şərif Keuf, 2. Daniel Sandqren, 44. Lorenso Simiç, 34. Aleksandr Sirota, 27. Pyerr Kornud, 26. Mahmud Caber, 4. Əli Məhəmməd, 11. Lior Rafaelov (k), 8. Dolev Haziza, 9. Frantzdi Pyerro, 21. Din David
Baş məşqçi: Barak Baxar
"Sabah": 1. Yusif İmanov, 2. Amin Seydiyev, 44. Sofian Çakla, 3. Con İrazabal, 7. Boyan Letiç, 13. İvan Lepinitsa, 4. Elvin Camalov (k), 70. Cesse Sekidika, 28. Kahim Parris, 20. Coy Lens-Mikels, 18. Pavol Şafranko
Baş məşqçi: Krunoslav Renduliç
Kişvarda stadionu

İdman.biz

Məqalədə: