Cahangir Həsənzadədən “Zirə”yə İNAM - 2:0

Xəbərlər
25 İyul 2024 12:52
320
Cahangir Həsənzadədən “Zirə”yə İNAM - 2:0

“Zirə”nin oyununda maraqlı mübarizənin şahidi olacağıq”.

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Cahangir Həsənzadə deyib.

Veteran qolkiper “Zirə”nin Konfrans Liqasının II təsnifat mərhələsində “Dunayska Streda”ya (Slovakiya) qarşı matçda şanslarını dəyərləndirib. O Rəşad Sadıqovun komandanı matça yaxşı kökləyəcəyə inam ifadə edib: “Təəssüflər ki, “Zirə” Avropa Liqasının I təsnifat mərhələsində ilk mərhələdə “Şerif” səddini adlaya bilmədi. Halbuki bunun üçün əlverişli imkan var idi. İnanıram ki, bugünkü görüşə Rəşad Sadıqov komandanı tam kökləyə biləcək. Slovakiya komandası qarşısında güclü bir “Zirə” görəcəyik. Rəqib barəsində çox söz deyə bilmirik. Ölkəsinin ən qədim və köklü komandalarından biridir. Kiçik bir stadionları var. Bu o deməkdir ki, azarkeş ordusu o qədər də böyük deyil. Bu gün “Zirə” lazım olan nəticəni əldə edə biləcəyini və 2-ci oyuna daha böyük şanslarla yollanacağını düşünürəm”.

Həsənzadə oyunla bağlı hesab təxminini də açıqlayıb: “Şerif”lə səfər matçına oxşar bir ssenaridə görüş gözləyirəm. Bu dəfə “Zirə”nin 1:0 yox, 2:0 hesablı qələbə qazanacağına inanıram”.

Qeyd edək ki, “Zirə” – “Dunayska Streda” matçı bu gün saat 20:30-da start götürəcək.

Emin Ağa
İdman.biz