Konfrans Liqasında 40 oyun - NƏTİCƏLƏR

Xəbərlər
26 İyul 2024 01:15
312
Konfrans Liqasında 40 oyun - NƏTİCƏLƏR

Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

İdman.biz xəbər verir ki, iyulun 23-də start götürən mərhələnin üçüncü günündə 40 matç baş tutub.

Azərbaycanın üç klubu bu turnirdə ilk qarşılaşmasına çıxıb. “Sabah” Hayfa "Makkabi”sini, “Zirə” “Dunayska Streda”nı məğlub edib, “Sumqayıt” isə “Fehervar”a uduzub.

Günün ən məhsuldar matçında "Haken" səfərdə "Düdelanj"a 6:2 hesabı ilə qalib gəlib. Təmsilçilərimizin potensial rəqibləri də ilk duellərinə çıxıblar. “Sent Patriks” (İrlandiya) “Vaduts”a (Lixtenşteyn) (3:1), “Osiyek” (Xorvatiya) “Levadiya”ya (Estoniya) (5:1), “Omoniya” (Kipr) isə “Torpedo”ya (Gürcüstan) (3:1) qalib gəlib.

Konfrans Liqası
II təsnifat mərhələsi
İlk oyunlar
25 iyul

19:00. “KuPS” – “Tromse” - 0:1
20:00. “İberiya” – “Partizani” - 2:0
20:00. “Magpies” - “Kopenhagen” - 0:3
20:00. “Sumqayıt” – “Fehervar” - 1:2
20:00. “İlves” – “Austriya” V - 2:1
20:00. “Mlada Boleslav” – “Transinvest” - 2:0
20:00. “Noah” – “Slima Uonderers” - 7:0
20:00. “Milsami” – “Astana” - 1:1
20:00. “Jalgiris” – “Pafos” - 2:1
20:30. “Qo Ehed İqls” – “Brann” - 0:0
20:30. “Omoniya” – “Torpedo” Kt - 3:1
20:30. “Zirə” – “Dunayska Ştreda” - 4:0
20:45. “Zimbru” – “Ararat” - 0:3
21:00. “Banik” – “Urartu” - 5:1
21:00. “Brondbü” – “Llapi” - 6:0
21:00. “Yurqorden” – “Proqres” - 3:0
21:00. “Düdelanj” – “Haken” - 2:6
21:00. “Sürix” – “Şelburn” - 3:0
21:00. “Floriana” - “Gimarayeş” - 0:1
21:00. “Hapoel” BŞ – “Çerno More” - 0:0
21:00. “Olimpiya” – “Polesye” - 2:0
21:15. “Makkabi” Hayfa – “Sabah” - 0:3
21:30. ÇFR – “Neman” - 0:0
21:30. ÇSKA 1948 – “Buduçnost” - 1:0
21:45. “Başakşəhər” – “La Fiorita” - 6:1
22:00. “Gent” – “Vikinqur” - 4:1
22:00. “Radniçki” – “Mornar” - 1:0
22:00. “Paksi” – AEK Larnaka - 3:0
22:00. “Sankt Qallen” – “Tobol” - 4:1
22:00. “Osiyek” – “Levadiya” - 5:1
22:15. “Maribor” – “Univestatya” Krayova - 2:0
22:45. “Legiya” – “Kaernarfon” - 6:0
22:45. “Sent Patriks” – “Vaduts” - 3:1
22:45. “Valyur” – “St. Mirren” - 0:0
22:45. “Sarayevo” – “Spartak” Trnava - 0:0
22:45. “Vikinqur” – “Eqnatiya” - 0:1
23:00. “Hayduk” – “HB Torshavn” - 2:0
23:00. “Zrinski” – “Bravo” - 0:1
23:00. “Styarnan” – “Payde” - 2:1
23:15. “Breydablik” – “Drita” - 1:2

Qeyd edək ki, cavab oyunları iyulun 30-dan avqustun 1-dək keçiriləcək.

İdman.biz

Məqalədə: