“Turan Tovuz” “Neftçi”nin taleyini yaşayıb

Xəbərlər
25 İyul 2024 17:30
243
“Turan Tovuz” “Neftçi”nin taleyini yaşayıb

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz”un hazırlıq planında dəyişiklik olub.

İdman.biz xəbər verir ki, Premyer Liqa təmsilçisinin bu gün keçirilməli olan yoxlama oyunu ləğv edilib.

Qərblilər Türkiyə “Kocaelispor”u ilə qarşılaşmalı olsalar da, matç baş tutmayacaq. Buna iki klub arasında yaranan fikir ayrılığı səbəb olub.

Qeyd edək ki, bu gün “Neftçi”nin “Əl-Oruba”ya qarşı keçirilməsi planlaşdırılan yoxlama oyunu da ləğv edilib. Buna səbəb Səudiyyə Ərəbistanı klubunun matçdan imtina etməsidir.

İdman.biz