"Asan qələbə olmadı. Görüşün ilk 20 dəqiqəsində yaxşı çıxış etmədik".
İdman.biz xəbər verir ki, bunu "Fehervar"ın baş məşqçisi Tamaş Pete deyib.
Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçında "Sumqayıt"da qalib gələn Macarıstan təmsilçisinin baş məşqçisi qırmızı vərəqənin oyunun gedişinə təsir etdiyini bildirib: "Oyuna daha ciddi yanaşdıqdan nəticə özünü göstərdi. Qırmızı vərəqədən sonra üstünlük qazandıq və nə etməli olduğumuzu başa düşürdük. Daha çox qol vura bilərdik. Amma ələ düşən fürsətləri qaçırdıq. Bu gün qələbə qazandıq. Cavab matçında diqqətli olmalıyıq. "Sumqayıt" yaxşı komandadır. İkinci oyunda da asan olmayacaq".
Qeyd edək ki, "Sumqayıt" öz meydanında 1:2 hesabı ilə uduzub. Cavab matçı ayın 31-də olacaq.
İdman.biz