Rəşad Sadıqov: “Rəqibin oynadığı futbol məni narahat etdi” - MÜSAHİBƏ - VİDEO

Müsahibə
25 İyul 2024 22:41
373
Rəşad Sadıqov: “Rəqibin oynadığı futbol məni narahat etdi” - MÜSAHİBƏ - VİDEO

"Zirə" Konfrans Liqasının II təsnifat mərhələsində "Dunayska Streda"nı 4:0 hesabı ilə məğlub edib.

İlk oyundan sonra danışmaq çətindir. Xüsusi ilə də bugünkü oyundan sonra".

İdman.biz xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının II təsnifat mərhələsində "Dunayska Streda"ya 4:0 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.

O bildirib ki, ilk qarşılaşmada uğur qazansalar da, Slovakiyada komandasını vacib matç gözləyir: "1-ci hissə bitdi. Adətən fasilə 15 dəqiqə çəkir, bu dəfə 1 həftə olacaq. Bizi yaxşı azarkeşi olan komandaya qarşı mübarizə gözləyir. Rəqib amansızcasına mübarizə aparacaq. Bu tip komandalar sona qədər mübarizə aparırlar. Cütün qalibi olmaq üçün çox yaxşı hazırlaşmalıyıq.

- Boyükhesablı qələbədən sonra da oyunun taleyinin səfərdə həll olunacağını gözləyirsiz?

- Bəli, oyunun taleyi səfərdə həll olunacaq. Üstünlüyümüz var, amma rahat ola bilmərik. 60-cı dəqiqədən sonra rəqibin oyunu göstərdi ki, bizi ikinci qarşılaşmada çətin sınaq gözləyir.

- Zebli ilə əvəzlənəndən sonra danışığınız oldu. Orada nə baş verdi?

- Zebli zədələndi. 2-3 dəqiqə gözləyib onu əvəzlədim. Texniki zonaya gələn zaman oynamaq istədiyini bildirdi. Bu zaman müzakirənin vaxtı olmadığını vurğulayıb söhbəti bitirdim. Başqa heç nə yox idi.

- Hesab 4:0 olduqdan sonra da rəqib sona qədər mübarizə apardı. Bunu gözləyirdiz?

- Düzdür, 4-cü qoldan sonra rəqibin oyun intizamının pozulacağını gözləyirdim. Amma 60-cı dəqiqədən sonra rəqibin oynadığı futbol məni narahat etdi.

Emin Ağa
İdman.biz