Samir Abasov: "Qırmızı vərəqə bütün planları alt-üst etdi"

Xəbərlər
25 İyul 2024 23:41
462
Samir Abasov: "Qırmızı vərəqə bütün planları alt-üst etdi"

"Həddindən artıq çətin situasiya ilə üzləşdik. Qırmızı vərəqə bütün planları alt-üst etdi. Hər bir halda, matç iki oyundan ibarətdir. Qələbə qazansaydıq da, bunu deyəcəkdim. Cavab görüşü daha çətin olacaq. Üstünlük rəqibdədir".

İdman.biz xəbər verir ki, bunu "Sumqayıt" baş məşqçisi Samir Abasov Konfrans Liqasının II təsnifat mərhələsin ilk görüşündən sonra deyib.

Təcrübəli mütəxəssis "Fehervar"a 1:2 hesablı məğlubiyyəti şərh edib: "Bu gün fərqli br "Fehervar" gördük. Köhnə baş məşqçinin komandası ilə indiki "Fehervar" arasında fərq var. Bizi əlavə nə iləsə təəccübləndirmədilər. Qoldan sonra 10 nəfərlə qalmağımız nəticəyə təsir göstərdi. Biz səfər oyununa çəkinmədən gedəcəyik. Macarıstandan qalib dönmək niyyətində olacağıq. Buna səbəb mənim komandamın oyunudur".

Samir Abasov heyətlə bağlı çətinliklər olduğunu etiraf edib: "Heyətlə bağlı çətinliklərimiz var. İstənilən halda 11 nəfərlə uduzsa idik belə, yenə də səhvlərimizdən nəticə çıxarıb, səfərdə qələbəyə köklənəcəkdik. Mənim işim komandanı qələbəyə kökləməkdir. 3-4 günümüz qalıb, bəzi mövqelərdə dəyişiklik etmək məcburiyyətindəyik. Taktiki məsələləri kənara qoyaq, əsas futbolçunu psixoloji olaraq hazırlamaqdır. Mərhələ adlamaq üçün bizim şansımız 30, rəqibin isə 70 faizə bərabərdir. Biz o 30 faizlik şansımızdan bərk yapışacağıq".

Qeyd edək ki, "Fehervar" - "Sumqayıt" matçı iyulun 31-də baş tutacaq.

İdman.biz