Yunis Hüseynov: “Sabah”ın qələbəsi bizi aldatmamalıdır”

Xəbərlər
26 İyul 2024 14:10
537
Yunis Hüseynov: “Sabah”ın qələbəsi bizi aldatmamalıdır”

"Sabah" layiqli qələbə qazandı".

Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov deyib.

O, "Sabah"ın Konfrans Liqasının II təsnifat mərhələsində "Makkabi" (Hayfa, İsrail) üzərində 3:0 hesabla qələbə qazandığı oyunu dəyərləndirib. Təcrübəli mütəxəssisin sözlərinə görə, Bakı təmsilçi 70-80 faiz cütün taleyini həll edib: "Bu matçda "Sabah" gözəl oyun nümayiş etdirdi. Rəqib Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparıb. Azərbaycanın "Neftçi" və "Xəzər Lənkaran" komandaları ilə də qarşılaşıb. "Sabah" ilk görüşü uğurla bitirdi. Bu matç bir daha sübut etdi ki, təmsilçimiz bu mərhələyə çox ciddi hazırlaşıb. Ancaq bu son deyil və qələbə bizi aldatmamalıdır. İnanıram ki, növbəti oyunda da nizam-intizamlı oyun göstərəcəklər. Çünki bütün qarşılaşmalara həddindən artıq ciddi yanaşmaq lazımdır. Bakıdakı matçda da rəqibi məğlub etməliyik. İnanıram ki, bu belə də olacaq".

Qeyd edək ki, komandalar arasında Bakıda keçiriləcək cavab oyunu avqustun 1-də baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz