Ramin Musayev: “Hər zaman bu cür "Zirə” görmək istəyirik”

Müsahibə
26 İyul 2024 16:47
478
Ramin Musayev: “Hər zaman bu cür "Zirə” görmək istəyirik”

"Zirə" inamlı qələbə ilə Avropa Liqasındakı məğlubiyyətinin heyfini çıxdı".

Bunu İdman.bizə PFL-in sabiq prezidenti Ramin Musayev deyib.

O, "Zirə"nin Konfrans Liqasının II təsnifat mərhələsində "Dunayska Streda"ya (Slovakiya) 4:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. Musayev bildirib ki, Bakı təmsilçisi "Şerif"ə uduzduqları görüşdən nəticə çıxarıb: "Səhvlərin üzərində işləmişdilər. Bunun nəticəsində də hər şeydən nəticə çıxarıb, qalib gəldilər. Düşünürəm ki, bundan sonra da bu templə davam edəcəklər. Komanda şəklində çox yaxşı oynadılar. Hər zaman bu cür "Zirə" görmək istəyirik. Cavab matçında da məsuliyyətli çıxış etməlidirlər. 4:0 hesabını beyinlərindən kənara qoyub meydana çıxsalar, əla nəticə göstərəcəklər. Fikrimcə, cavab qarşılaşmasında da ölkəmizin reytinqinə xal əlavə edə bilərlər. Arxayın olmaq lazım deyil".

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 1-də Slovakiyada baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz