"Real"la Alfonso arasındakı razılıq

Xəbərlər
26 İyul 2024 20:16
176
"Real"la Alfonso arasındakı razılıq

"Real" və Alfonso Devis arasında ilkin müqavilə imzalanıb.

İdman.biz xəbər verir ki, "Bavariya"nın müdafiəçisi 2025-ci ilin yayında Madrid klubuna keçəcək.

Kanadalı futbolçu "Real"a sərbəst agent kimi qoşulacaq. Devis "Bavariya" ilə yeni müqavilə bağlamaqdan imtina edib. Madridlilər Kilian Mbappenin transferi zamanı istifadə olunan variantdan istifadə ediblər. PSJ ilə yeni müqavilə imzalamayan fransalı hücumçu ödənişsiz Madridə yollanıb.

Qeyd edək ki, Anfonso 2023/2024 mövsümündə münhenlilərin heyətində 42 oyunda 3 qol və 6 ötürmə ilə yadda qalıb.

İdman.biz