Ayxan Abbasov: “Çempionatda daha çətin olacaq”

Xəbərlər
27 İyul 2024 13:24
297
Ayxan Abbasov: “Çempionatda daha çətin olacaq”

“Hazırlıq dönəmi normal keçdi. Əsas odur ki, futbolçular istəkli idi”.

Bunu İdman.bizə “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov deyib.

Gənc mütəxəssis bölgə təmsilçisinin mövsüm öncəsi hazırlıqlarını dəyərləndirib. O bildirib ki, hazırlıqda daha güclü rəqiblərlə qarşılaşsaydılar, daha yaxşı olardı: “Brahim Konate zədələndi. Hazırlıqda sıradan çıxdığına görə üzüldük. 4 oyunda da rəqiblərin daha güclü olmasını istəyirdik. Düzdür, “Kəpəz” və son oyun daha yaxşı mübarizəli keçdi. Hazırlıq dövründə səhvləri görməyə ehtiyacımız var. Çempionatda daha çətin olacaq, amma çalışacağıq ki, 1 həftəlik vaxtımızdan da istifadə edək”.

Abbasov yeni transferləri də dəyərləndirib. Onun sözlərinə görə, hazırlıq matçlarında 5 qol vuran Conatan Benteke çempionata tam hazır deyil: “Yoxlama görüşlərində futbolçularımızın fərqlənməsi sevindiricidir. Çempionatda daha çətin olacaq. Hücumda oynayan Kristian Benteke və Pelaji Pusidən çox şey gözləyirik. Amma Benteke tam formada deyil”.

42 yaxşı çalışdırıcı Azərbaycan Premyer Liqasının açılış turunda “Sabah”la matçda gözləntilərini də açıqlayıb: “Onlar haqda çox şey deməyə ehtiyac yoxdur. Komanda Konfrans Liqasında oynayır. “Makkabi”yə qarşı çox yaxşı mübarizə apardılar. Keçən ilin sonlarında da onlar uğurlu seriya yaxalamışdılar. Keyfiyyətli futbolçuları var. Onlara qarşı çətin olacaq. Amma oyunu evdə keçirəcəyimizdən bu üstünlükdən faydalanmağa çalışacağıq”.

Qeyd edək ki, “Şamaxı”nın Premyer Liqanın ilk turunda “Sabah”a qarşı matçı avqustun 4-də olacaq.

Emin Ağa
İdman.biz