Qurban Qurbanov: "Hücum xəttinə transfer olarsa..." - VİDEO

Xəbərlər
28 İyul 2024 18:24
1 040
Qurban Qurbanov: "Hücum xəttinə transfer olarsa..." - VİDEO

"Hazırda komandada zədə ilə bağlı problem yoxdur".

İdman.biz xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssisin iştirakı ilə Çempionlar Liqasının II təsnifat mərhələsində "Linkonl"la keçiriləcək cavab oyunundan əvvəl mətbuat konfransı təşkil edilib. Qurbanov heyətdəki futbolçuların hazırlığının önəmli olduğunu bildirib: "Məlum olduğu kimi Musa əməliyyat edilib. Komandada başqa itki yoxdur. İstənilən halda ixtiyarımızdakı heyətlə oyunlara hazır olmalıyıq. Əlbəttə, bir məşqçi kimi əlavə futbolçuların olmasını istərdim. Gələcəkdə zədə, qırmızı vərəqə riski var. Orta xəttə oyunçu alınmasını düşünürük. Bir də hücum xəttinə transfer olarsa razı qalaram".

Qurbanov Avropa kuboklarında iştirak edən digər Azərbaycan klublarına da uğurlar arzulayıb: "Sumqayıt" məlum səbəblərdən məğlub oldu. Cavab oyununda Samir Abasovun komandanı toparlaya biləcəyinə inanıram. Digər komandalarımız də yaxşı nəticə əldə etdi. "Sabah" və "Zirə" yaxşı oyunla qalib gəldi".

Qeyd edək ki, "Qarabağ" səfərdə 2:0 hesabı ilə qalib gəlib. Cavab görüşü iyulun 30-da Bakıda olacaq.

Aytac Sahəd
İdman.biz