“Moskva çox dəyişib. Bura gözəldir və əvvəllər olduğu kimi, çox insan var”.
İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov deyib.
Rusiyalı qolkiper ölkəsinin mətbuatına verdiyi müsahibədə Bakı ilə Moskvanı müqayisə edib. “Dinamo”ya keçən çərçivə qoruyucusu bildirib ki, hər 2 paytaxtın özünəməxsus özəllikləri var: “Mən gedəndən sonra daha çox yol qovşaqları yaranıb. Metro xüsusilə dəyişib. Baxıram və tanıya bilmirəm. Moskva top şəhərlərdəndir, bu səbəbdən də onu Bakı ilə müqayisə etmək tamamilə düzgün deyil. Azərbaycanın paytaxtı özünəməxsus şəkildə yaxşıdır. Orada həyat üçün lazım olan hər şey var. Bakının gözəl, xoş iqlimi və dənizi var. Təəssüf ki, o, Moskvada yoxdur”.
Qeyd edək ki, Lunyov bu yay “Qarabağ”dan Moskva “Dinamosu”na transfer olunub. 32 yaşlı qapıçı yeni komandasının heyətində 2 oyunda meydana çıxıb.
İdman.biz