Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.
İdman.biz xəbər verir ki, Ağdam klubu 2024/25 mövsümündə ilk ev matçına çıxıb.
Qurban Qurbanovun yetirmələri Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə “Linkoln”u qəbul edib. Cəbəllütariqdə 2:0 hesablı qələbə qazanan “Qarabağ” evdə rəqibin qapısından 5 cavabsız top keçirib. Komanda bu qələbə ilə ən azı Konfrans Liqasının əsas mərhələsinə vəsiqəni təmin edib.
Qeyd edək ki, “Qarabağ” – “Linkoln” cütünün qalibi III təsnifat mərhələsində “Lüdoqorets” – “Dinamo” (Minsk) duelinin güclüsü ilə qarşılaşacaq
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
30 iyul
20:00. “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) - 5:0
Qollar: Olaviyo Juninyo, 17; 31; 44. Yassin Benzia, 66. Leandro Andrade, 72
Baş hakim: Yakob Sundberq (Danimarka)
"Qarabağ": 97. Fabiyan Buntiç, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 27. Toral Bayramov, 6. Julio Romao, 7. Yassin Benzia, 8. Marko Yanukoviç, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 18. Olaviyo Juninyo
Baş məşqçi: Qurban Qurbanov
"Linkoln": 1. Nauzet Santana, 5. İbrahim Ayu, 6. Bernardo Lopes (k), 15. Rafael Munyos, 24. Con Serqeant, 21. Nano, 8. Mustafa Yahaya, 22. Qrem Torrilya, 11. Julian Valarino, 17. Pedro Martin, 20. Etan Britto
Baş məşqçi: Xavyer Munyos
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 2:0
İdman.biz