Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib.
İdman.biz xəbər verir ki, 7 qarşılaşma baş tutub.
Azərbaycan çempionu “Qarabağ” “Linkoln”u qəbul edib və 5:0 hesabı ilə qalib gəlib. “Fənərbaxça” isə öz meydanında “Luqano”nu sınağa çəkib. Türklər səfərdə olduğu kimi yenə əzmkar qələbə qazanıblar.
Günün ən gözlənilməz nəticəsi Farer adalarında qeydə alınıb. "Klaksvik" İsveç çempionu "Malmö"nü məğlub edib. Amma bu qələbə "cırtdan ölkə" təmsilçilərinə növbəti mərhələyə keçməyə kömək etməyib.
Qeyd edək ki, cavab oyunlarına iyulun 31-də yekun vurulacaq.
Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunları
30 iyul
20:00. "Qarabağ" - "Linkoln" - 5:0
İlk oyun – 2:0
21:00. "Petrokub" – APOEL - 1:1
İlk oyun – 0:1
21:00. "Fənərbaxça" - "Luqano" - 2:1
İlk oyun - 4:3
21:00. "Sparta" - "Şemrok Rovers" - 4:2
İlk oyun – 2:0
22:00. TNS - "Ferentsvaroş" - 1:2
İlk oyun – 0:5
22:30. “Slovan” – “Selye” - 5:0
İlk oyun – 1:1
22:45. "Klaksvik" - "Malmö" - 3:2
İlk oyun – 1:4
İdman.biz