Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” fasilə dövründə ilk yoxlama oyununu keçirəcək.
İdman.biz xəbər verir ki, bunu klubun mətbuat xidməti açıqlayıb.
“Qırmızı-qaralar” Küveytin "Əl-Yarmuk" klubu ilə üz-üzə gələcək. Qəbələdə təlim-məşq toplanışında olan Asiya təmsilçisi ilə matç sabah keçiriləcək.
Qarşılaşma Qəbələ şəhər stadionunda təşkil olunacaq. Oyunun start fiti saat 18:00-da veriləcək.
Qeyd edək ki, ötən mövsüm Küveyt çempionatının 1-ci liqasının qalibi olan "Əl-Yarmuk" Premyer Liqaya vəsiqə qazanıb.
İdman.biz