Rusiyalı futbolçu Aleksey Mirançuk karyerasını ABŞ-da davam etdirəcək.
İdman.biz xəbər verir ki, o, "Atlanta Yunayted"lə 4 illik müqavilə bağlayıb.
28 yaşlı yarımmüdafiəçi yeni klubundə ilə 3 milyon avro qazanacaq. Murançuk İtaliyanın "Atalanta" klubundan 10 milyon avroya transfer olunub.
Qeyd edək ki, Aleksey ötən mövsümdə Berqamo təmsilçisinin heyətində 42 oyunda 4 qol və 9 ötürmə ilə yadda qalıb. O, Avropa Liqasının qalibi olub.
İdman.biz