Viktor Osimhenin meneceri müştərisinin "Çelsi"yə keçəcəyi xəbəri yalanlayıb.
İdman.biz xəbər verir ki, Roberto Kalenda nigeriyalı forvardın "Napoli"də qalacağını deyib.
Menecer Osimhenin "Çelsi"yə transfer olunması informasiyalarına inanmamağa çağırıb: "Viktorun adı ilə bağlı çoxlu şayiələri oxuyuram. Bunlar yalandır. Osimhen "Napoli" ilə növbəti skudettonu qazanmaq istəyir".
Qeyd edək ki, dünən "Çelsi" Romelu Lukaku və müəyyən məbləğ qarşılığında Osimheni transferini həll etdiyi xəbərləri yayılıb.
İdman.biz