"Çətin oyun oldu".
İdman.biz xəbər verir ki, bunu Bakıda Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"la oyundan sonra mətbuat konfransında "Linkoln"un baş məşqçisi Xavyer Munyos deyib.
O, 0:5 hesablı məğlubiyyəti şərh edib: "Kiminlə qarşılaşdığımızı bilirdik. Rəqib həddindən artıq güclü idi. Dünən də qeyd etmişdim ki, güclü komandanız var, Qurban Qurbanov çoxdandır burdadır və futbolçular bir-birini çox yaxşı anlayır. Bəlli ideyası, strategiyası olan rəqibdir. Bu komandada olan istedadlı futbolçular, performansa görə ÇL-in qrupuna əsas namizədlərdən sayılır. Amma futbol oynamaq lazımdır, mərhələlər keçmək gərəkdir".
Qeyd edək ki, "Linkoln" ilk matçda da uduzduğundan (0:2) çıxışını Avropa Liqasında davam etdirəcək.
Aytac Sahəd
İdman.biz