“Makkabi”nin futbolçusu mərhələni keçəcəklərinə inanır

Xəbərlər
31 İyul 2024 16:25
184
“Makkabi”nin futbolçusu mərhələni keçəcəklərinə inanır

"İlk oyunun nəticəsi klub üçün heç də ürəkaçan olmadı".

İdman.biz xəbər verir ki, bunu "Makabbi"nin hücumçusu Lior Rafaelov deyib.

38 yaşlı futbolçu Konfrans Liqasının II təsnifat mərhələsində "Sabah"la keçirəcəkləri oyunundan öncə deyib. O bildirib ki, Bakıda cavab qarşılaşmasın yaxşı nəticəyə inanır: "Sabah"a 0:3 hesablı məğlubiyyət son illərin ən xoşagəlməz anlarından biridir. Biz bunu gözləmirdik. Onların hücumda yüksək keyfiyyətli futbolçularının olduğunu bilirdik. Amma nəticəyə baxmayaraq, bir an belə təslim olmayacağıq. Mərhələ keçməyimizin mümkünlüyünə tam inanıram və bu dəfə daha güclü oynayacağıq".

Qeyd edək ki, "Sabah" - "Makkabi" matçı avqustun 1-də saat 20:00-da başlayacaq.

İdman.biz