Ozan Can Kökçü: “HİK-in təklifi yerinə düşdü”

Xəbərlər
31 İyul 2024 17:31
231
Ozan Can Kökçü: “HİK-in təklifi yerinə düşdü”

“Son bir neçə mövsüm, xüsusilə də sonuncusu mənim üçün çox yaxşı keçdi. Hiss etdim ki, indi addımı daha yüksək səviyyəyə atmaq lazımdır. Ona görə də HİK-in təklifi yerinə düşdü. Burda çempionluq və avrokubok üçün mübarizə aparacam”.

İdman.biz xəbər verir ki, bunu Finlandiyanın HİK klubuna transfer olunan Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü deyib.

25 yaşlı futbolçu keçidini şərh edib. O bildirib ki, yeni komandasını “Qarabağ”la oyunlar zamanı tanıyıb: “Klubu avrokuboklardan tanıyıram. Bilirdim ki, HİK Finlandiyanın ən böyük və ən uğurlu klubudur. Komandanı ilk dəfə ötən il Avropa Liqasının təsnifat mərhələsində “Qarabağ”la oyun zamanı da görmüşdüm. Yığmadakı komanda yoldaşlarımın çoxu Azərbaycan çempionunun formasını geyindiyindən hər iki matça baxmışdım”.

Kökçü klubun mətbuat xidmətinə müsahibəsində millimizi seçməsinə də toxunub: “Qroningen”lə Norveçdə gənclər arasında keçirilən turnirdə iştirak edirdim. Orada oyunumuzu skautlar izləyirdi. Turnirin qalibi olduq və mən ən yaxşı oyunçu kimi tanındım. Sonra Azərbaycan nümayəndələri mənimlə maraqlandılar. Azərbaycanlılar və türklər qardaşdırlar, ona görə də bu yığmanın heyətində yer almaq mənim üçün şərəfdir”.

Qeyd edək ki, Ozan Can Kökçü Azərbaycan millisinin heyətində 7 oyuna çıxıb.

İdman.biz