"Futbolçularıma təşəkkür edirəm. Ağır oyundan çıxdıq. Böyük ümidlərlə gəlmişdik".
İdman.biz xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Samir Abasov deyib.
Təcrübəli mütəxəssis Konfrans Liqasının II təsnifat mərhələsində "Fehervar"la keçirilən cavab matçını şərh edib: "Bir sıra itkilərimiz var idi. İsa Sulimanın zədələnməsi, üstəlik ilk oyundakı hakim səhvləri… Çox şeyi dəyişib bu matça çıxmalı idik. Başqa variantla yanaşmalı olduğumuzu düşündük. Çox üzülürəm. Bu püşk atılandan öncə də futbolçularıma da rəqib fərqini qoymamışdım. Düşünürdük ki, azı bir mərhələ keçərik. Əfsuslar olsun, mənim hər dəfə başıma gələn eyni situasiya təkrarlanır… Futbolçularım nəyə gücləri çatdısa, etdi. Onlara təşəkkür edirəm ki, canlarını qoydular. Artıq çempionata köklənəcəyik".
Qeyd edək ki, öz meydanında 1:2 hesabı ilə uduzan "Sumqayıt" səfərdə "Fehervar"la qolsuz bərabərliyə nail olub.
İdman.biz