Çempionlar Liqasında 10 cüt

Xəbərlər
1 Avqust 2024 09:26
130
Çempionlar Liqasında 10 cüt

Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütləri dəqiqləşib.

İdman.biz xəbər verir ki, bu, II təsnifat mərhələsinin cavab oyunlarından sonra bəlli olub.

Çempionlar yolunda 6, Liqa yolunda 4 cüt mübarizə aparacaq. Azərbaycan çempionu “Qarabağ” “Lüdoqorets”lə oynayacaq. Türkiyə təmsilçisi “Fənərbaxça” “Lill”ə rəqib olub.

Çempionlar Liqası
III təsnifat mərhələsi

Çempionlar yolu

"Qarabağ" - "Lüdoqorets"
"Slovan" - APOEL
"Sparta" - "Styaua"
"Malmö" - PAOK
"Midtulland" - "Ferentsvaroş"
"Yagellonya" - "Bodo Qlimt"

Liqa yolu
“Slaviya” - “Union Sent Jiloaz”
“Lill” - "Fənərbaxça"
"Dinamo" K - “Reyncers”
“Zalsburq” - “Tvente”

Qeyd edək ki, bu raundun görüşləri avqustun 6-7-də və 13-də keçiriləcək.

İdman.biz

Məqalədə: