Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib.
İdman.biz xəbər verir ki, bu gün 9 matç baş tutub.
Qardaş Türkiyə təmsilçisi “Trabzonspor” “Rujomberok”la üz-üzə gəlib. Slovakiyada qalib gələn Super Liqa təmsilçisi doğma divarlar arasında da yeganə qolla qələbə qazanıb. Azərbaycan vitse-çempionu “Zirə”ni turnirdən kənarlaşdıran “Şerif” səfərdə “Elfsborq”a uduzaraq, turnirlə vidalaşıb.
Avropa Liqası
II təsnifat mərhələsi
Cavab oyunları
1 avqust
21:00. "Elfsborq" - "Şerif" - 2:0
İlk oyun - 1:0
21:15. "Silkeborq" - "Molde" - 3:2
İlk oyun - 1:3
21:30. "Makkabi" PT - "Braqa" - 0:5
İlk oyun - 0:2
21:30. "Trabzonspor" - "Rujomberok" - 1:0
İlk oyun - 2:0
22:00. "Botev" - "Panatinaikos" - 0:4
İlk oyun - 1:2
22:00. "Serkl Brügge" - "Kilmarnok" - 1:0
İlk oyun - 1:1
22:00. "Riyeka" - “Hunedoara” - 1:0
İlk oyun - 0:0
22:00. "Voyvodina" - "Ayaks" - 1:3
İlk oyun - 0:1
22:30. "Rapid" V - "Visla" K - 6:1
İlk oyun - 2:1
Qeyd edək ki, III təsnifat mərhələsinin matçları avqustun 8-də və 15-də keçiriləcək.
İdman.biz