Əliyar Ağayev Avropa Liqasına təyinat alıb

Xəbərlər
1 Avqust 2024 13:01
246
Əliyar Ağayev Avropa Liqasına təyinat alıb

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

İdman.biz xəbər verir ki, Ağayev UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək “Panevejis” (Litva) – “Makkabi” (Təl-Əviv, İsrail) qarşılaşmasının baş hakimi olacaq.

Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Elçin Məsiyev isə matça AVAR kimi təyinat alıb.

Qeyd edək ki, avqustun 8-də Panevejis şəhərində yerləşən “Aukştaytiya” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

İdman.biz