“Lüdoqorets”in qapıçısı: “Qarabağ"a qarşı şansımız olduğunu düşünürəm”

Xəbərlər
1 Avqust 2024 13:17
294
“Lüdoqorets”in qapıçısı: “Qarabağ"a qarşı şansımız olduğunu düşünürəm”

“Ümid edirdik ki, daha asan olacaq, amma elə olmadı. İlk mərhələdə Batumidəki kimi gərgin matç keçdi”.

İdman.biz xəbər verir ki, bunu “Lüdoqorets”in qapıçısı Henrik Bonman Çempionlar Liqasının II təsnifat mərhələsində Minskdə “Dinamo”ya 0:1 hesabı ilə uduzduqları matçdan sonra deyib.

Almaniyalı qolkiper mərhələ adlamaqlarını dəyərləndirib. Onun sözlərinə görə, III təsnifat mərhələsində “Qarabağ”la duel çox çətin olacaq: “Qarabağ”ın yalnız Leverkuzen “Bayer”inə qarşı oyunlarını izləsəz, bunu görəcəksiz. Hər növbəti mərhələdə rəqiblər çətinləşir. Yaxşı hazırlaşmalıyıq. "Qarabağ"a qarşı şansımız olduğunu düşünürəm. Yaxşı çıxış edib azarkeşlərimizi sevindirmək istəyirik”.

Qeyd edək ki, Bolqarıstan təmsilçisi ilk qarşılaşmada 2:0 hesabı ilə qalib gəldiyi üçün mərhələ adlayıb. Onlar “Qarabağ”la avqustun 6-da Bakıda, bir həftə sonra evdə oynayacaqlar.

İdman.biz