“Qarabağ" növbəti mərhələnin hər iki oyununda özünü yaxşı tərəfdən göstərəcək”.
Bunu İdman.bizə Azərbaycan millisinin sabiq futbolçusu Yunis Hüseynov deyib.
O, Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” - “Lüdoqorets” duelini dəyərləndirib. Hüseynovun sözlərinə görə, Azərbaycan çempionu “Linkoln”un ardınca bolqarları da asanlıqla keçəcək: “Qarabağ” ötən mövsüm Avropa Liqasında stabil oyunu ilə seçildi. Bu il də komandamız eyni heyətlə çıxış edir. Fikrimcə, “Qarabağ” mübarizəsini davam etdirəcək və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq. Buna şübhəm yoxdur. İnanıram ki, “Lüdoqorets”ə qarşı həm səfərdə, həm də evdəki matç bizim üçün asan keçəcək. Ümid edirəm ki, pley-offa vəsiqə qazanmağı bacaracaqlar”.
Qeyd edək ki, komandalar arasında ilk matç avqustun 6-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da start götürəcək.
Banuçiçək Hüseynli
İdman.biz