Barak Bakhar: "Özümü çox ümidsiz hiss edirəm" - MÜSAHİBƏ

Müsahibə
1 Avqust 2024 23:17
169
Barak Bakhar: "Özümü çox ümidsiz hiss edirəm" - MÜSAHİBƏ

““Sabah” azarkeşlərinə və rəhbərliyinə təşəkkür edirəm”.

İdman.biz xəbər verir ki, bunu “Makkabi”nin (Hayfa) baş məşqçisi Barak Bakhar deyib.

O, Bakıda Konfrans Liqasının ll təsnifat mərhələsində “Sabah” a qarşı keçirdikləri cavab matçından sonra təşkil olunan mətbuat konfransında iştirak edib. Mütəxəssis bildirib ki, vəziyyəti dəyişmək istəsələr də, alınmayıb: “Qələbə münasibətilə “Sabah”ı təbrik edirəm”.

- 6 qol vuraraq qələbə qazana bilməmək necə bir hissdir?

- ⁠Penalti seriyasında uduzduq və nəticə əldə edə bilmədik. Özümü çox ümidsiz hiss edirəm. Hər şeyi dəyişmək istədik amma olmadı.

- ⁠Futbolda bu cür hallar çox nadir baş verir ki, 6 qol vuraraq mərhələ adlaya bilmirlər. İlk oyunda rəqibi ciddiyə almadığınız üçün bu cür vəziyyətlə üzləşdiz, yoxsa necə?

- ⁠Xeyr. Sadəcə mənəvi cəhətdən biz vəziyyəti düzəldə bilmədik. Biz ilk matçda da burada da “Sabah”ı olduqca ciddiyə almışdıq.

Banuçiçək Hüseynli
İdman.biz